Ag Naftalan Əcza Qrupu heyəti
“AĞ NAFTALAN ƏCZA QRUPU”NUN ELMİ POTENSİALI
“Ağ Naftalan Əcza Qrupu”nun elmi potensiali əsasən AMEA Aşqarlar Kimyası İnstitutunun aparıcı elmi mütəxəssisləri– kimya üzrə elmlər doktoru, professor S.Ə.Məmmədov, kimya üzrə fəlsəfə doktorları İ.Ş.Hüseynov və N.P.Ladoxina kimi elmi-texniki heyətdən ibarət yaradıcılıq birliyində cəmləşmişdir.


MƏMMƏDOV SABIR ƏHMƏD OĞLU
Kimya üzrə elmləri doktoru, professor


S.Ə.Məmmədov 1937-ci ildə anadan olmuş, 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsini bitirmiş və Elmlər Akademiyanın Qeyri-Üzvi Kimya İnstitutuna mühəndis vəzifəsinə işə qəbul edilmişdir.
1964-67-ci illərdə ADU-nun aspirantı olmuş və 1977-ci ildən indiyə kimi Aşqarlar Kimyası İnstitutunda elmi işçi, baş elmi işçi və laboratoriya müdiri vəzifələrində çalışmışdır.
S.Məmmədov 1975-ci ildə namizədlik və 1991-ci ildə isə doktorluq dissertasiyası müdafiə etmiş, üzvi və neft kimyası ixtisasları üzrə elmlər doktoru və professordur.
S.Məmmədovun elmi fəaliyyətinin əsas istiqaməti funksional əvəzlənmiş sulfamidlərin öyrənilməsinə həsr olunmuşdur. O, N-halogen sulfamidlərin doymamış karbohidrogenlərlə, polimerlərlə reaksiyasını öyrənmiş və bunun əsasında sulfamidlərin yeni alınma üsulunu işləyib hzırlamışdır.
S.Məmmədov ilk dəfə olaraq funksional əvəzlənmiş sulfamidlərin və poliaminsulfamidlərin heterosiklləşmə reaksiyasının yeni üsullarını işləyıb hazırlamış və bioloji-aktiv, antimikrob və bakterisid xassələrə malik müxtəlif tərkibli heterosulfamidlər alınmışdır.
S.Məmmədovun elmi fəaliyyətinin bir istiqaməti də diffuzion kinetika əsasında yeni, müasir texnologiya ilə qatransızlaşdırılmış optiki-aktiv, yüksək bioloji təsirə malik naftalan fraksiyalarının (“Ağ naftalan yağı”) alınmasına və bu fraksiyalar əsasında müxtəlif məlhəm və kremlərin hazırlanmasına həsr olunmuşdur.
140-ə qədər elmi əsər və 40-dan çox müəllliflik şəhadətnaməsi və patentlərin müəllifi olan kimya üzrə elmlər doktoru, professor S.Məmmədovun birbaşa rəhbərliyi altında 11 aspirant dissertasiya işi müdafiə etmiş və hazırda 2 doktorant elmlər doktorluğu üzrə dissertasiya işi yerinə yetirir.
Elmi kadrların hazırlanması və yüksək elmi fəaliyyətinə görə “Tərəqqi” medallı və “Ən yaxşı vətənpərvər tədqiqatçı alim” Qızıl medalı ilə təltıf olunmuşdur.


LADOXINA NINA PETROVNA
Kimya üzrə fəlsəfə doktoru, dosent


N.Ladoxina 1962-ci ildə anadan olmuş, 1984-cü ildə Ukraynada Lvov Politexnik İnstitutunun “Üzvi Birləşmələrin Texnologiyası” fakültəsinin “Aktiv-Bioloji Birləşmələrin Kimyəvi Texnologiyası” ixtisasını birirərək, mühəndis-kimyaçı-texnoloq kvalifikasiyası üzrə diplom almış və həmin ildə Azərbaycan Elmlər Akademiyasının Aşqarlar Kimyasi İnstitutuna mühəndis vəzifəsinə işə qəbul edilmişdir.
N.Ladoxina 1989-cü ildə aspiranturaya daxil olmuş və 1993-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş, funksional əvəzolunmuş sulfamidlərin sintezi və heterotsiklləşmiş yeni sulfamid törəmələrinin alınması yolları üzərində çalışmışdır.
100-dən cox elmi əsərin müəllifi olan N.Ladoxina 2006-ci ildə Azərbaycan Respublikası Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüş, kimya elmləri üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün 2013-cü ildə doktoranturanın qiyabi şöbəsinə daxil olmuş və “Funksionaləvəzolunmuş arilsulfamidlərin sintezi, bəzi kimyəvi çevrilmələri və xassələrı” dissertasiya mövzusu üzərində çalışır.
N.Ladoxina elmi rəhbəri S.Məmmədovla birgə diffuzion kinetika əsasında yeni, müasir texnologiya ilə qətransızlaşdırılmış optiki-aktiv, yüksək bioloji təsirə malik naftalan fraksiyalarının alınması, analizi və bu fraksiyalar əsasında müxtəlif maz və kremlər hazırlanması istiqamətində də səmərəli fəaliyyət göstərir.


HÜSEYNOV İSA ŞAHRUDDİN OĞLU
Kimya üzrə fəlsəfə doktoru


İ.Hüseynov 1957-ci ildə Balakən rayonunda anadan olmuş, 1982-ci ildə Ukraynada Lvov Politexnik İnstitutunun “Üzvi Birləşmələrin Texnologiyası” fakültəsinin “Aktiv-Bioloji Birləşmələrin Kimyəvi Texnologiyası” ixtisasını birirərək, mühəndis-kimyaçı-texnoloq kvalifikasiyası üzrə diplom almışdır.
1982-1991-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Aşqarlar Kimyası və Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutlarında işləmişdir.
İ.Hüseynov 1993-cü ildə dissertasiya işi müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır.
1991-2005-ci illərdə Bakı şəhərində müxtəlif kimya-əczaçılıq sənaye- kommersiya müəssisələrində çalışmışdır.
İ.Hüseynov 2010-cu ildə “Ağ Naftalan” MMC-nin tərkibində naftalan nefti və naftalan neft tullantılarından onların tərkibindəki qatranlı və rəngləyici maddələrin çıxarılaraq müalicəvi əhəmiyyətli optiki-aktiv ağ naftalan yağının sənaye üsulu ilə alınmasını həyata keçirmək məqsədilə ətrfına geniş elmi-texniki biliklərə və savada, iş təcrübəsi və səriştəsinə malik mütəxəssisləri cəlb edərək “Ağ Naftalan Əcza Qrupu” yaratmış və hazırda da bu qrupun işinə rəhbərliyi davam etdirir.
Onun birbaşa iştirakı və rəhbərliyi altında diffuzion kinetik üsula əsalanan “Ağ Naftalan Yağı”nın alınmasının yeni sənaye üsulu və bu üsul əsasında yeni sənaye qurğusu, “Ağ Naftalanın Yağı”nın tətbiq edildiyi təzyiqli çiləmə üsulu ilə işləyən “Şaquli Ağ Naftalan Kabinəsi” yaradılmış, həmçinin bu yeni üsula və kabinə qurğusuna Milli Patent və Avrasiya Patenti alınmışdır.
İ.Hüseynovün kimya-əczaçılıq sahəsindəki bilik və bacarığı sayəsində “Ağ Naftalan Yağı” əsasında müxtəlif dərman preparatlaı və müalicə vasitələrinin– yeni məlhəm, krem və diş məcunlarının, müalicə şamları və yuyucu şampunların, tənzif tampon və salfetlərin, ağ naftalan yağı püskürtə bilən dezodorant balonları tipli “Ağ Naftalan Yağı” doldurulmuş mobil qaz balonlarının işlənib hjazırlanması və istehsalata tətbiq edilməsi istiqamətində əhəmiyyətli nəticələr əldə edilmiş və bu istiqamətdəki fəaliyyət durmadan genişləndirilməkdədir.