Xəstəliklərin müalicəsi
MÖCÜZƏLİ “AĞ NAFTALAN YAĞI” ILƏ MÜALICƏ OLUNAN XƏSTƏLIKLƏR
“Ağ Naftalan Yağı”nın bio-fizioloji xassələrinin əsas mahiyyəti-damarları genişləndirməsi, dəri məsamələrinə nüfuzun yüksəlməsi, daxili əzələ funksiyasının güclənməsi, turşu-qələvi tarazlığını normallaşdırması, maddələr mübadiləsini yaxşılaşdırması, dayaq-hərəkət sistemini gücləndirməsi, qan təzyigini aşağı salması, organizmin reaktivliyini desensibilizasiya istiqamətində dəyişdirməsi, organizmin müdafiə gücünü yüksəltməsi, iltihaba qarşı və ağrıkəsici təsir göstərməsindədir.
Müasir naftalanterapiyası 70-dən çox xəstəliyin “Ağ Naftalan Yağı” ilə müalicəsini həyata keçirməyə imkan verir və onun müfəqqiyyətlə tətbiq dunduğu tibbi müalicə və tibbi profilaktika sahələri əsasən aşağıdakilardır:
Urologiya, angiologiya, nevrologiya, dermatologiya, ginekologiya, otorinolaringologiya, artologiya, fizioterapiya, agrıterapiya, hidroterapiya, manualterapiya, reabilitasiya və digərləri.
Cərrahlar, travmatoloqlar və dermatoloqlar üçün əsl tapıntıdır “Ağ Naftalan Yağı”. Onlar indi sarğı materiallarını tez-tez dəyişmədən, açıq yaraların qaysağını qopartmadan rahat və arxayin şəkildə öz xəstələrini bu yağla müalicə edə bilərlər. Çünki bu yağdan istifadə edərkən yaralar, sarğı materialları onda qatranlı və rəngləyici maddələrin olmaması səbəbindən bulaşmır və bu da həkimlərə yaraların qaysaq bağlaması və bitişməsi proseslərini diqqətlə izləməyə və nəzarət etməyə və bununla müalicənin effektli aparılmasını təmin etməyə imkan verir.
Xəstə “Ağ Naftalan Yağı”ndan istifadə etdikdə onun xarici görünüşü- sifəti, dərisi və bədəninin digər görünən hissələri qara naftalanda olduğu kimi estetik görünüşdən məhrum olmur, əksinə onun tətbiqi insanlarda heç bir diskomfort, narahatlıq, yaratmır.
“Ağ Naftalan Yağı” dərini yumşaldır, hamarlaşdırır, daha elastik və zərif edir, çapıq izlərini aradan qaldırır. “Ağ Naftalan Yağı”nın xarici görünüşü və iyi ilin istənilən fəslində onun xəstə insanların bədənin istənilən hissəsində, istənilən iş şəraiti və rejimdə rahat və asudə bir şəkildə istifadə olunmasına tam imkan verir.
Analgetik, antigistamin, desensibilizasiya və iltihaba qarşı xassələrə malik “Ağ Naftalan Yağ”nın naftalanterapiyada müxtəlif dəri və dərialtı hüceyrə xəstəliklərinə-psoriaz, ekzema, yanıq, donvurma, furunkul, kicitkan, skleroderm, dəri göynəmələri, prolejni, trofik yaralar, kepatodermiya, ixtioz, osteomielit, neyrodermit, dizidroz, xroniki epidermotit, yanıqsonrası keloid zədələrinin aradan qaldırılması məqsədilə tətbigi praktikası çox gözəl nəticələr göstərir.
Əzələ və oynaqların revmatik xəstəliklərin mualicəsi - “Ağ Naftalan Yağı”nın unikal təsir imkanlarından biridir və bu onun iltihab proseslərini sorma, oynaq iliklərini bərpa etmə, qan dövranım yaxşılaşdırmaq, ağrıları azaltmaq, elektrohəyəcanlamaları normallaşdırmaq, qıcdmaları aradan qaldırması, həqiqi revmatizmdə , infeksion poliartrit, qonoreya və travmatik qonitlərdə və həmçinin əzələ revmatizmində qan və sidiyin tərkibini yaxşılaşdırması qabiliyyəti ilə çox sıx bağlıdır.
“Ağ Naftalan Yağı”nın aktiv stimullaşdırıcı və fiziki təsiri organizmin adaptiv mexanizmlərinə təsir etməklə onun ehtiyat imkanlarının artırılmasından ibarətdir ki, bu təsir də qan dövranını, oksigen qəbulunu yaxşılaşdırır, hipoksiyanı götürür, simpatoadrenal-reaksiyanın ürək-damar sisteminə zədələyici təsirini azaldır. Bu dəyişikliklər orqan və toxumalarda aterosklerotik və distrofik prosesləri yavaşıdaraq organizmin müdafiə gücünü artırır, artrit və artrozları aradan qaldırır, Bexterev, Bürqer və Reyno yumşaq toxumaların damar xaric xəstəliklərini müalicə edir.
Yod-brom və digər fizioterapevtik prosedurlarla-massaj, fiziomüalicə, müalicəvi bədən tərbiyəsi ilə “Ağ Naftalan Yağı”nın birgə istifadəsi naftalanterapiyada daha effektli və daha təsirli olduğuna görə perspektivli hesab olunur. “Ağ Naftalan Yağı”nın istirakı ilə birgə yod - brom vannalarının gəbulu mərkəzi sinir sisteminə yüksək müalicəvi təsir göstərir.
Ginekoloji və sidikcinsi yolların xəstəliklərinin müalicəsi - əsasən salpingoofarit, perisalfingoofarit, rezidua, endoservisit, oligo-amenoreya, yumurtalıqların natamam funksiyası xəstəliklərində həyata keçirilir. “Ağ Naftalan Yağı”nın qan dövranı yaxşıllaşdırması, neyrotrofik və agrıkəsici kimi xüsüsiyyətlərə malik olması kicik taz organlarında kəskin nəzəzə çarpan iltihabaqarşı və sorucu təsirlərdə özünü daha yaxşı göstərməklə yanaşı I və II dərəcəli sonsuzluğun, taz qaynağının müalicəsinə müsbət rol oynayır, prostatit, uretrit və kişi sonsuzlunun müalicəsində effektli müalicə vasitəsi kimi tətbiq etməyə imkan verir.
Xroniki bağırsaq traktı, yaraları xəstəliklərinin – hiperasid və hipoasid katarların, spastik kolitlərin, adı qəbizliyin və hemoroyun müalicəsi aktiv-bioloji optiki xassəli”Ağ Naftalan Yağı”nın istifadəsi ilə müvəffəqiyyətlə aparılır.
Bu təsirlər özünü nəcicdə qanın yoxa çıxması, tikiş və yaraların itməsi, sidiyin çoxalması, hemoroy şişlərindən qanaxmanın kəsilməsi, bağırsagın isinin normallaşması kimi müsbət hallar müşahidə dunur.
Perifirik sinir sistemləri xəstəklərinin – üçlü sinirin nevralgiyası, qabırğaarası nevralgiya, travmatik nevrit, düz sinirin nevriti və digərlərinin müalicəsində “Ağ Naftalan Yağ”nın istifadəsi gözəl effekt verməklə yanası, xroniki yorgunluq sindromunu, həyəcanı, radikuliti, onurğa və baş beynin travmatik zədələnmə sonunclarını aradan qaldirir. Bu zaman agrıların kəsilməsi, zədələnmiş organın funksiyası və hissiyatının bərpası, reflekslərin normallaşması, ümuni vəziyyin yaxşılaşması, əzələ tonusunun normallaşması müşahidə olunur.
Lor xəstəliklərinin – sinusit, laringit, qaymorit, frontit, tonzillit, faringit, rinit, qaysaqlanmayan trepanasion mastoidal yaraların müalicəsində “Ağ Naftalan Yağı”nın tətbigi əvəzsizdir və onun kəskin və az kəskin konyuktivitlərin müalicəsində istifadəsi ilə gizartının, konyuktiv axının, iltihab prosesin itməsinə, irinli ganaxmaların və həmçinin alveolyar piorey xəstəliyində agız boşluğunun möhkəmləndirilməsi və agrıların itməsinə nail olunur.
“Ağ Naftalan Yağı” vannası gəbulu qara naftalan vannası qəbulundan əlahiddə üstünlüyü ondan ibarətdir ki, ağ naftalan vannasını qəbul etdikdən sonra xəstə yuyunmadan, uzun müddət bədəndə gəzdirə bilir və bu zaman xəstə hec bir narahatlıq hissi keçirmir, çünki onun estetik görünüşü müalicə müddətində onda hərəkət və iş fəaliyyətini saxlamağa, sevdiyi işlə məşğul olmağa tam imkan verir.
“Təzyiqlı çiləmə ağ naftalan kabinələri” vasitəsilə “Ağ Naftalan Yağı”nın tətbiq olunması ilə aparılan müalicə və profilaktika istifadə olunan yağa və vaxta daha çox gənaət etməklə və ən başlıcası hər bir xəstə üçün ayrica– fərdi olaraq, başqa xəstələrin istifadə etmədiyi şəraitdə və təkcə onun özü üçün nəzərdə tutulmuş yağla bir dəfəlik istifadə prinsipi gözlənilməklə aparmağa imkan verir.
“Ağ Naftalan Yağı”nın vakuum bağlamalardaki ağ natalan yağı ilə isladılmış tənzif salfetlər və tamponlar şəklində tətbiqi praktik cəhətdən cox sadədidir və ağrıyan nahiyəyə qoyaraq baglamaqla müalicə almaq olar.
“Ağ Naftalan Yağı” ilə doldurulmuş kiçik balonlar lazım olan hər yerdə, hər zaman hər kəsin köməyinə çatır və əlbəttə ki, belə balonlardan veterinayida goturluq və digər xəstəliklərin müalicəsində istifadə edilməsi günün tələblərinə cavab verən reallıgı əks etdirir.
Digər maraqlı cəhətlərdən biri də onun kosmetik vasitələr kimi dərinin hamarlaşdırması üçün tətbiq edilməsidir, belə ki, 70%, 12%, 10% və 5%-li kosmetik kremlərdən istifadə sözün həqiqi mənasında tam yenilikdir və
ƏLAHƏZRƏT ZAMANIN TƏLƏBIDIR.
UNUTMAYIN Kİ,
ECAZKAR XÜSUSIYYƏTLI “AĞ NAFTALAN YAĞI” NIN TƏTBIQI
INSANLARA GÖZƏLIK VƏ SAĞLAMLIQ BƏXŞ ETMƏKLƏ YANAŞI,
HƏLƏ UZUN MÜDDƏT ONLARIN SAĞLAMLIĞININ KEŞIYINDƏ DURACAQ,
ONLARIN TAM SAKITLIYINI, ITIRILMIŞ GÜCÜNÜ,
ÖZÜNƏ INAMLARINI BƏRPA ETMƏKLƏ
ONLARI SAĞLAMLIGIN, RAHATLIGIN VƏ HARMONIYANIN
HÖKM SÜRDÜYÜ GÖZƏL HƏYATA QOVUŞDURACAQDIR!!
UNUTMAYIN Kİ,
ECAZKAR XÜSUSIYYƏTLI “AĞ NAFTALAN YAĞI” NIN TƏTBIQI
INSANLARA GÖZƏLIK VƏ SAĞLAMLIQ BƏXŞ ETMƏKLƏ YANAŞI,
HƏLƏ UZUN MÜDDƏT ONLARIN SAĞLAMLIĞININ KEŞIYINDƏ DURACAQ,
ONLARIN TAM SAKITLIYINI, ITIRILMIŞ GÜCÜNÜ,
ÖZÜNƏ INAMLARINI BƏRPA ETMƏKLƏ
ONLARI SAĞLAMLIGIN, RAHATLIGIN VƏ HARMONIYANIN
HÖKM SÜRDÜYÜ GÖZƏL HƏYATA QOVUŞDURACAQDIR!!