• slayd1
  • slayd2
  • slayd4
1 2 4

"Ağ Naftalan" MMC 2007-ci ildə Goranboy rayonunun Şəfəq kəndində yaradılıb. Əsas fəaliyyət sahəmiz naftalan neft tullantılarından və naftalan neftindən dərman preparatlarının hazırlanması, kommersiya, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsindən ibarətdir. Hal-hazırda "Ağ Naftalan" MMC-nin 57 nəfərdən ibarət fəhlə və qulluqçu heyəti çalışır. Yarandığı gündən etibarən Səhiyyə Nazirliyi, Azərsu ASC və Azəriqaz İstehsalat Birliyi kimi qurumlarla müqavilə bağlamış, ümumi dövriyyəsi 17 mln manat olan layihələrdə iştirak etmişdir. Bu səmərəli fəaliyyətimiz nəticəsində də "Ağ Naftalan" MMC-nin nəzdində aylıq istehsal gücü 5 ton olan Elmi İstehsalat Laboratoriyası yaratmışıq.

Laboratoriyamızda öz sahəsində qabaqcıl yerləri tutan professor, elmlər namizədi və mütəxəssislər daim tədqiqat aparır, effektiv dərman preparatları hazırlanır. Bu dərman preparatlarının hazırlanmasında xüsusi səmərəli metoddan istifadə edilir ki, bu ixtiramız üçün də patent almağa müvəffəq olmuşuq. Bu üsulla hazırladığımız qətransızlaşdırılmış ağ naftalan neftindən əldə olunan mənfəətin rentabelliyi 66% təşkil edir. Yeni ixtiralarımız əsasında Voloqorodskiy ob. Çerepovec şəhərində «РосНафт» ortaq şirkətimiz yaradılıb və məhsulumuz artıq Rusiya bazarında tanınır. Qətransızlaşdırılmış naftalan yağının alınma üsulu və vertikal naftalan vannasının istehsalı sahəsində Azərbaycan və Avrasiya patenti alınmışdır.