Ağ Naftalan Əcza Qrupunun əsas fəaliyyət istiqamətləri
“AĞ NAFTALAN ƏCZA QRUPU”NUN ƏSAS FƏALİYYƏT İSTİQAMƏTLƏRİ BARƏSİNDƏ


“Ağ Naftalan” MMC-nin əsas fəaliyyət istiqamətlərindən biri naftalan nefti və naftalan neft tullantılarının qatransızlaşdırılaraq müalicəvi ağ naftalan yağının alınması üsulunun və bu üsulu həyata keçirən qurğunun, həmçinin təzyiqli çiləmə üsulu ilə işləyən “şaquli ağ naftalan kabinəsi”nin yaradılması olmuşdur.
Bu məqsədlə 2012-ci ildə "Ağ Naftalan" MMC-nin tərkibində əczaçı – kimyaçı–mühədis–texnoloq kvalifikasiyasına malik mütəxəssislərdən təşkil edilmiş "Ağ Naftalan Əcza Qrupu" yaradılmış və onlar tərəfindən unikal müalicəvi xassəyə malik olan ağ naftalan yağının fraksiyalara ayrılması və onun əsasında müxtəlif müalicə vasitələrinin - ağ naftalan hopdurulmuş tamponların və salfetlərin, müalicə şamları və yuyucu şampunların, diş məcunları, məlhəm, maz və kremlərin hazırlanması və geniş istehsalata tətbiq olunması üçün elmi-tibbi baza yaradılmışdır.
"Ağ Naftalan Əcza Qrupu" tərəfindən yaradılmış yeni mütərəqqi və səmərəli istehsal üsuluna – diffuzion qovulma üsuluna bu üsulun həyata keçirildiyi qurğuya və həmçinin ağ naftalan yağının tətbiq edildiyi təzyiqli çiləmə üsulu ilə müalicə apara bilən “Şaquli ağ naftalan kabinəsi”nə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və həmçinin Avrasiya Patent Agentliyinin Avrasiya patenti alınmışdır.

1. DIFFUZION QOVULMA ÜSULU VƏ QURĞUSU


"Ağ Naftalan Əcza Qrupu"nun mütəxəssisləri “Ağ Naftalan yağı”nın alınmasının ən mütərəqqi, səmərəli və məhsuldar üsulu hesab edilən “diffuzion qovulma üsulu” adlanan və sənaye istehsalını həyata keçirməyə imkan verən unikal üsul, bu üsulun tətbiq olunduğu tam yeni qurğu və onun əsasında müasir səviyyədə tələb olunan standartlara cavab verən tam yeni istehsal sahəsi yaratmışlar.
Bu üsulla adı çəkilən qurğuda alınan “Ağ Naftalan Yağı”nın tərkibindəki müalicə komponentləri tərkib və miqdar baxımından dəyişilməz olaraq qalır, müalicəvi keyfiyyət xüsusiyyətlərini tam şəkildə saxlayırlar.
Difuzion qovulma üsulunda tətbiq olunan qurğu, cihaz və avadanlıqlar prosesləri idarə oluna bilən optimal rejimdə, yumşaq şəraitdə aparmağa imkan verir.

2. “ŞAQULI AĞ NAFTALAN KABINƏSI”


"Ağ Naftalan Əcza Qrupu" tərəfindən adi naftalan vannası əvəzinə yardılmış universal xüsusiyyətlərə malik unikal və mükəmməl bir qurğudur. Bu qurğu vannadan fərqli olaraq bir çox özəl üstünlüklərə və xüsusi keyfiyyətlərə malikdir.
Məlumdur ki, adi naftalan vannasinda xəstələr (bunların içərisində müxtəlif dəri və infeksion xəstəliklərə malik insanlar da var) eyni vannada və yüzlərlə xəstənin artıq istifadə etdiyi neftlə müalicə alır və burada istifadə olunnan neft isə uzun müddət dəyişdirilmədiyindən çirklənir. Bu isə vanna almağa ehtiyacı olan xəstələrin vanna qəbulunda tərəddüdlərə və bir çox hallarda isə mikroblara və göbələk xəstəliklərinə yoluxmaq əndişəsindən ondan tam imtinaya gətirib çıxarır.
“Ağ Naftalan Yağı”nın tətbiq olunduğu təzyiqlı çiləmə prinsipi ilə işləyən “Şaquli ağ naftalan kabinəsi” qurğusu isə yuxarıda qeyd edilən və edilməyən bir çox qeyri-məqbul sanitar-gigiyenik şərtləri aradan qaldırmağa imkan verir və bu kabinələr vasitəsilə təzyiqlı çiləmə üsulu ilə aparılan müalicə-profilaktika tədbirləri istifadə olunan yağa və vaxta daha çox gənaət etməklə yanaşı, başlıca olaraq hər bir xəstə üçün ayrica– fərdi olaraq, başqa xəstələrin istifadə etmədiyi şəraitdə və təkcə onun özü üçün nəzərdə tutulmuş yağla bir dəfəlik istifadə prinsipi gözlənilməklə təcrübəli həkim və operatorların köməyilə həyata keçirilir.
“Şaquli ağ naftalan qurğusu”nun köməyi ilə qəbul edilən ağ naftalan yağının qara naftalan vanna qəbulundan fərqli əlahiddə üstünlüyündən biri də ondan ibarətdir ki, ağ naftalan yağı qəbuldan sonra yuyulmadan uzun müddət bədəndə gəzdirilə bilir və bu zaman xəstə hec bir narahatlıq hissi keçirmir, çünki onun estetik görünüşü müalicə müddətində ona sərbəst hərəkət etməyə və iş qabiliyyəti və fəaliyyətini saxlamağa, sevdiyi işlə məşğul olmağa imkan verir və bunula da ağ naftalanla maülicənin daha effektli, keyfiyyətli və qısamüddətli olmasını təmin edir.
Yeni ixtiralarımız əsasında Voloqod vilayəti Çerepovec şəhərində «РосНафт» ortaq şirkətimiz yaradılıb və məhsulumuz artıq Rusiya bazarında tanınır.


TƏZYİQLİ ÇİLƏMƏ ÜSULU İLƏ İŞLƏYƏN “ŞAQULİ AĞ NAFTALAN KABİNƏSİ”NİN ÜMUMİ GÖRÜNÜŞÜ