Ag Naftalan MMC haqqında
"AĞ NAFTALAN" MMC HAQQINDA MƏLUMAT


2007-ci ildə Goranboy rayonunun Şəfəq kəndində yaradılmış geniş profilə malik "Ağ Naftalan" MMC əsasən kommersiya-istehsalat və xidmət sahələrində fəaliyyət göstərir.

"Ağ Naftalan" MMC şirkətinin prioritet hesab etdiyi istehsal fəaliyyəti əsas etibarilə naftalan nefti və naftalan neft tullantılarından “Ağ Naftalan Yağı”nın alınması və bu yağ əsasında dərman preparatları və müalicə vasitələrinin hazırlanması istiqamətində cəmlənmişdir.

Şirkət yarandığı andan bu günəcən nəzərdə tutduğu istehsal sahəsinin yaradılması və hərtərəfli fəaliyyət göstərməsi üçün gərəkli olan və mövcud qanunvericikdə tələb olunan bütün elmi, texniki, tibbi, hüquqi və standartlaşdırma sənədlələrinə malik olmaqla, kommersiya-istehsalat və xidmət fəaliyyətini mükəmməl şəkildə həyata keçirməyə qadir lazımi kadr potensialının yaradılmasına nail olmuşdur.

"Ağ Naftalan" MMC şirkətinin kadr potensialı yüksək kvalifikasiyaya malik geniş tərkibdə icraçı işçi və mütəxəssislərdən formalaşdırılmış, “Ağ Naftalan Yağı” və onun əsasında müxtəlif müalicə vasitələri və dərman preparatlarının hazırlanması ilə məşğul olan və 2010-cu ildə "Ağ Naftalan" MMC tərkibində yaradılımış “Ağ Naftalan Əcza Qrupu” isə elmi -texniki sahədə professional biliklərə və təcrübəyə malik, elmi yenilikləri müvəffəqiyyətlə istehsalata tətbiq etmə qabiliyyəti və bacarığına sahib elmlər doktorları, elmlər namizədləri, kimyaçı-əczaçı-texnoloqlardan təşkil olunmuşdur.

"Ağ Naftalan" MMC yarandığı gündən etibarən Azərbaycanın iqtisadiyyatında önəmli rol oynayaraq Səhiyyə Nazirliyi, Azərsu ASC və Azəriqaz İstehsalat Birliyi kimi qurumlarla iş birliyi yaradaraq ümumi dövriyyəsi milyon manatlarla ölçülən sanballı layihələrə imza atmışdır.