Ağ Naftalan yağı
Ağ Naftalan yağı
QATRANSIZLAŞDIRIRLMIŞ MÜALİCƏVİ ECAZKAR “AĞ NAFTALAN YAĞI” HAQQINDA

Tərkibi naften və aromatik karbohidrogenlərlə zəngin olan hələ çox qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində istifadə edilərək insanlara güc və enerji bəxş edən möcüzəli xassələrə malik məşhur Naftalan nefti gözəl müalicə vasitəsi kimi həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda çoxdan şöhrət tapmışdır.

Onun xalq təbabətində istifadə olunması, müalicə tarixi alman mühəndisi E.J.Yeqer tərəfindən bir müalicə vasitəsi kimi istehsal edilərək Yaponiya hərbi-sənaye kompleksinin ehtiyacları üçün satılması barədə məlum faktların qeydə alındığı tarixə – yəni bundan bir neçə yüz il irəliyə gedib çıxır.

Müalicəvi xassələrə malik ecazkar Naftalan nefti həmişə alimlər və həkimlərin diqqət mərkəzində olmuş və elə indinin özündə də bu sahədə aparılan fundamental elmi-tibbi tədqiqatlar naftalan neftinin əvvəllər müalicəsi mümkün olmayan bir sıra xəstəliklərin müalicəsini həyata keçirməyə imkan verən yeni unikal xassələrini aşkarlayıb üzə çıxarmışdır.

Zaman keçdikcə elm və texnikanın əldə etdiyi nailiyyətlər də dəyişir, müalicə üsulları müasirləşir, onun fraksiya tərkibi daha səmərəli və əlverişli istiqamətdə dəyişir, və ondan istifadə olunması mükəmməl texnologiyalara söykənir. Çox tonnajlı, qatranlı birləşmələrin üstünlük təşkil etdiyi adi qara naftalan neftini indi daha zərif, aztonnajlı, insan orqanizmi üçün təhlükəli və arzuolunmaz toksiki xassələrə malik qatranlı və zərərli maddələtdən təmizlənmiş, qətransızlaşdırılmış ağ naftalan nefti və bəzən sadəcə “Ağ Naftalan” və ya “Ağ Naftalan Yağı” əvəz edir.

“Ağ Naftalan Yağı”nın çox saylı üstünlüklərindən və əsas özəlliklərindən biri qatranlı və rəngləyici maddələrin çıxarılması ilə əldə edilən yüksək bio-fizioloji effektin hesabına müalicə müddətinin xeyli azalması, dəri məsamələrindən asanlıqla daxilə nüfuz edərək qara ciyər, böyrək və onurğa beynində hər hansı bir pataloji dəyişikliklər yaratamadan orqanizmə maksimum sorulmasıdır ki, bu da onun qara naftalan neftindən daha əhəmiyyətli mövqedə olduğunun göstəricisidir.

“Ağ Naftalan Yağının” müalicəviliyini təmin maddələrin kimyəvi tərkibi və miqdarı haqqında aşağıdakları söyləmək olar. “Ağ Naftalan Yağı” əsasən iki növ karbohidrenlərdən təşkil olunmuşdur:

1. Naften karbohidrogenləri
2. Aromatikkarbohidrogenləri

Tərkibi 87,3 % karbondan və 12,7% hidrogendən ibarət olan Naften karbohidrogenlərini naftalan neftində miqdar payı 50-54% təşkil edir və sterinlər radikalina daxil olan 4-5 tsikllik quruluşlu karbohidrogenlər sırasından ibarətdir. Xüsusi çəkisi 0,930 olana aromatik karbohidrogenlərin tərkibində 88,2% karbon və 11,8% hidrogen mövcudur və mono və bitsiklik birləşmələrdən təşkil olunmuşlar.